Niderland hökumətinin beynəlxalq məsələlər üzrə məşvərət şurası (AİV) atəşkəs əldə edildikdən sonra Avropa hakimiyyət orqanlarını Ukraynaya beynəlxalq hərbi kontingent yerləşdirməyə çağırıb.
Qaziler.az bildirir ki, bu barədə 2 iyulda şuranın saytında dərc olunmuş hesabatda bildirilib.
"Ukraynanın təhlükəsizliyinin təminatı neytral monitorinq missiyası deyil, qorunma və müdafiəyə töhfə verə biləcək hərbi kontingentin yerləşdirilməsi olmalıdır", - məlumatda deyilir.
AIV təkliflərinə görə, belə bir qrupun komandiri güc tətbiq etmək də daxil olmaqla dərhal cavab vermək səlahiyyətinə malik olmalıdır.
QAZİLER.AZ



