Etirazçılar Təl-Əvivdə, Ayalon şossesində yolu bağlayıb.
Qaziler.az bildirir ki, bu barədə "Times of Israel" məlumat yayıb.
Etirazçılar 7 oktyabr 2023-cü ildə Fələstin HƏMAS qruplaşması tərəfindən həyata keçirilən hücumla bağlı hökumət araşdırma komissiyasının yaradılmasını tələb edirlər.
"Aksiya İsrailin cənubuna edilən hücumun və sərhədyanı ərazilərdə insanların öldürüldüyü və girov götürüldüyü hadisələrin başlanmasından keçən 1000-ci günə təsadüf edir", - məlumatda deyilir.
QAZİLER.AZ



