Çin hakimiyyəti 26 iyunda Pekində CITIC qülləsinə çırpılan yüngül mühərrikli təyyarənin pilotunun hadisəni qəsdən törətdiyi qənaətinə gəlib.
Qaziler.az bildirir ki, "Bloomberg" bu barədə 2 iyulda Çaoyan rayon hökumətinin açıqlamasına istinadən məlumat yayıb.
"Kiçik bir təyyarəni Pekinin ən hündür göydələninə çırpan pilot hərəkəti qəsdən törədib", - nəşr yazıb.
Müstəntiqlərin sözlərinə görə, pilot 66 yaşlı Pekin sakini Lyu idi.
Hakimiyyət orqanlarının məlumatına görə, kişinin şəxsi gündəliyində intihar niyyətindən bəhs edən çoxsaylı qeydlər tapılıb. Fərdi sahibkar olan Lyu boşandıqdan sonra tək yaşayırdı və xroniki yuxusuzluq və narahatlıqdan əziyyət çəkirdi.
Qəza 26 iyun axşamı baş verib. Çin istehsalı olan Sunward SA60L Aurora yüngül təyyarəsi Pekinin şərqindəki aerodromdan havaya qalxaraq planlaşdırılan marşrutdan yayınaraq 109 mərtəbəli CITIC qülləsinə çırpılıb.
Qəzada pilot həlak olub. Binadakı daha 13 nəfər yaralanıb. Bir neçə mərtəbənin pəncərələri zədələnib və təyyarənin qalıqları ofis binalarının yaxınlığına düşüb.
QAZİLER.AZ



