Türkiyənin hərbi təlim heyəti Başika düşərgəsindən çıxarılmayacaq. Axar.az xəbər verir ki, bu açıqlamanı Türkiyənin Müdafiə naziri İsmət Yılmaz verib. O bildirib ki, təlim heyəti düşərgədə qalmağa davam edəcək.
Qeyd edək ki, Türkiyənin Başika düşərgəsinə əsgər göndərməsi İraq hökuməti ilə münasibətlərin gərginləşməsinə səbəb olub. Sonradan bir qrup hərbçi düşərgədən Türkiyə sərhədinə geri çəkilib.