Dəməşqdə Ədalət Sarayının yaxınlığında partlayışda 5 nəfər ölüb, 16 nəfər yaralanıb - YENİLƏNİB - VİDEO

Dəməşqdə Ədalət Sarayının yaxınlığında partlayışda 5 nəfər ölüb, 16 nəfər yaralanıb - YENİLƏNİB - VİDEO backend

Dəməşqdə Ədalət Sarayının yaxınlığındakı kafeyə yerləşdirilən bombanın partlaması nəticəsində ölənlərin sayı artıb.

"Reuters" xəbər verir ki, partlayışda ölənlərin sayı 5-ə çatıb, daha 16 nəfər isə xəsarət alıb.

 

***

17:03

Dəməşqdə Ədalət Sarayının yaxınlığında yerləşən kafedə baş verən partlayışda 4 nəfər ölüb.

Qaziler.az apa-ya istinadən xəbər verir ki, bu barədə Suriya Səhiyyə Nazirliyi məlumat yayıb.

Partlayış nəticəsində daha 10 nəfərin isə xəsarət aldığı bildirilir.

***

16:42

Suriyanın paytaxtı Dəməşqdə Ədalət Sarayının yaxınlığında yerləşən kafedə partlayış baş verib.

Bu barədə Suriyanın dövlət televiziyası “Əl-İxbariyyə” məlumat yayıb.

Ölü və yaralı sayı barədə məlumat verilməyib.