Lyayen Ankarada keçiriləcək NATO sammitində iştirak edəcək

Lyayen Ankarada keçiriləcək NATO sammitində iştirak edəcək backend

Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen 7-8 iyul tarixlərində Ankarada keçiriləcək NATO sammitində iştirak edəcək.

Qaziler.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının mətbuat xidmətinin rəhbəri Paula Pinyu Brüsseldə keçirdiyi brifinqdə məlumat verib.

"İyulun 7-də Avropa Komissiyasının rəhbəri Türkiyənin Ankara şəhərində olacaq və burada NATO sammitində iştirak edəcək, həmçinin sammit çərçivəsində təşkil olunan hərbi sənaye forumunda çıxış edəcək", - deyə o qeyd edib.

NATO sammitinin əsas mövzusu blokun Avropa ölkələrinin hərbi xərclərinin artırılması olacaq. Brüssel rəsmiləri bu məsələdə Avropa İttifaqının hərbiləşdirilməsini dəstəkləmək və ittifaqın büdcəsini buna uyğunlaşdırmaq niyyətində olan Avropa Komissiyasına mühüm rol ayırırlar.

QAZİLER.AZ