Tehran və Vaşinqton nümayəndələri arasında danışıqların növbəti mərhələsi iyulun 18-də başlayacaq.
Qaziler.az xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı məlumat yayıb.
Telekanalın yüksəkvəzifəli mənbəsinin verdiyi məlumata görə, İran və ABŞ arasında dolayı danışıqların növbəti raundu iyulun 18-də start götürəcək.
Lakin İran və ABŞ nümayəndə heyətləri arasında danışıqların keçiriləcəyi məkan barədə hələlik məlumat verilmir.
QAZİLER.AZ



