Suriyanın Xarici İşlər naziri Vəlid Müəllim 23-26 dekabr tarixlərində Çinə rəsmi səfər edəcək. Axar.az xəbər verir ki, Çinin Xarici İşlər Nazirliyinin yaydığı məlumatda dörd günlük səfər çərçivəsində Suriya rəsmisindən savayı Əsədə qarşı döyüşən müxalif qüvvələrin liderlərinin də Pekinə dəvət olunduğu bildirilir.
Vəlid Müəllimlə müxalif liderlərin görüşünün mümkünlüyü istisna edilmir.