Litva ərazisində nüvə silahının yerləşdirilməsinə icazə verəcək

Litva ərazisində nüvə silahının yerləşdirilməsinə  icazə verəcək backend

Litva Prezidenti Gitanas Nauseda bəyan edib ki, ölkə konstitusiyasından nüvə silahının Litva ərazisində yerləşdirilməsini qadağan edən bənd çıxarılacaq.

Qaziler.az xəbər verir ki, bu barədə "Izvestiya" qəzeti yazır.

Nausedanın sözlərinə görə, Litva hakimiyyəti bu addımı gələcəkdə yeni şərait yaranacağı təqdirdə heç bir məhdudiyyətin olmaması üçün atıb. Üstəlik, bu qərar respublikanın və NATO-nun müdafiə potensialından tam şəkildə yararlanmağa imkan verəcək.

Litvanın milli müdafiə naziri Robertas Kaunas isə qeyd edib ki, Litva NATO-da nüvə silahının yerləşdirilməsinə dair analoji qadağanın qüvvədə olduğu demək olar ki, yeganə ölkədir.

QAZİLER.AZ