Rusiyanın Kiyevə hücumunda ölənlərin sayı 17-yə çatıb

Rusiyanın Kiyevə hücumunda ölənlərin sayı 17-yə çatıb backend

Rusiyanın Kiyevə kütləvi zərbələri nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb.

Qaziler.az xəbər verir ki, bu barədə Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti məlumat yayıb.

Ukraynanın Baş naziri Yuliya Sviridenko “X” hesabında bildirib ki, ikisi azyaşlı olmaqla, azı 86 nəfər isə xəsarət alıb.

Paytaxtda 20 yaşayış məntəqəsi birbaşa hücuma məruz qalıb, 100-ə yaxın tikiliyə ziyan dəyib.

Axtarış-xilasetmə qrupları Kiyevin 15 bölgəsində fəaliyyət göstərir.