Tramp İranla müharibəni niyə tez bitirməli oldu?

Tramp İranla müharibəni niyə tez bitirməli oldu? backend

ABŞ-nin strateji rezervindəki neft ehtiyatlarının çatışmazlığı, Prezident Donald Trampı İrandakı müharibəni dayandırmağa və Tehranla razılığa gəlməyə məcbur edən səbəblərdən biri olub.

Qaziler.az xəbər verir ki, bu barədə "Gazeta.Ru"ya amerikalı politoloq Malek Dudakov bildirib.

"Hazırda bu mövzu həqiqətən də müzakirəyə çıxarılır, çünki ehtiyatlar o qədər də çox deyil. Əvvəlcə ABŞ-nin keçmiş prezidenti Co Bayden administrasiyası 2022-ci ildəki enerji böhranının pik nöqtəsində ABŞ-də yanacaq bazarını sabitləşdirmək üçün yüz milyonlarla barrel neft xərclədi. Donald Tramp isə bu il ərzində həmin neft ehtiyatlarını yenidən boşaltdı", — deyə amerikalı politoloq bildirib.

Hazırda ABŞ-nin neft ehtiyatları təxminən 300 milyon barrel təşkil edir.

Həmsöhbət qeyd edib ki, ABŞ-də neft ehtiyatlarının az olması Trampın siyasətini məhdudlaşdırır. Burada söhbət ilk növbədə İranla müharibədən gedir.

Dudakov qeyd edib ki,əgər İranla müharibə bir müddət davam etsəydi, ABŞ-ın sadəcə neft ehtiyatları tükənəcəkdi. Bundan sonra enerji və ya yanacaq böhranını həll etmək imkanı məhdudlaşacaqdı, ona görə də təbii ki, neft ehtiyatlarının tükənməsi Trampın İranla müharibəni vaxtından əvvəl bitirməsinin və atəşkəs barədə danışıqlar aparmasının səbəblərindən biri idi. Əgər yanacaq qiymətləri artmağa davam etsəydi, Trampın reytinqi aşağı düşərdi.

QAZİLER.AZ