Çin okeanların monitorinqi üçün nəzərdə tutulmuş "Haiyang-2E" peykini uğurla orbitə buraxıb.
Qaziler.az xəbər verir ki, bu barədə iyulun 2-də Çin Aerokosmik Elm və Texnika Korporasiyası (CASC) məlumat yayıb.
"Long March 4B" daşıyıcı raketi Szyuquan kosmodromundan start götürərək "Haiyang-2E" peykini müəyyən olunmuş orbitə uğurla çatdırıb. Kosmik missiya uğurla başa çatıb.
CASC-nin Beşinci Akademiyası tərəfindən hazırlanan "Haiyang-2E" peyki dəniz hüquqlarının qorunması, təbii fəlakətlərin qarşısının alınması, dəniz resurslarının mənimsənilməsi və elmi tədqiqatların aparılması məqsədilə istifadə olunacaq. Bu aparat 2018-ci ildə kosmosa buraxılmış "Haiyang-2B" peykini əvəz edəcək. Yeni peyk hazırda fəaliyyət göstərən "Haiyang-2C" və "Haiyang-2D" aparatları ilə vahid şəbəkəyə qoşulacaq. Bununla da, dəniz dinamik mühitinin milli monitorinq xidmətlərinin fasiləsiz işləməsi təmin ediləcək.
QAZİLER.AZ



