ABŞ avadanlıqların köhnəlməsi və sıradan çıxması səbəbindən öz strateji neft ehtiyatlarının dörddə birinə çıxışı itirib.
Qaziler.az xəbər verir ki, bu barədə "RİA Novosti" ABŞ-nin Hesablama Palatasının məlumatlarına istinadən xəbər verir.
Qeyd olunur ki, resurs yerin altında bloklanmış vəziyyətdə qalıb. Avadanlıqların aşınması, sıradan çıxması və anbarların deformasiyası səbəbindən neftin çıxarılması mümkün deyil. Davamlı təmir işləri və qəzalar ucbatından neftin çıxarılması və qəbulu üzrə real imkanlar müvafiq olaraq layihə gücünün 61% və 56%-nə qədər azalıb.
Qeyd olunub ki, bütün problemlərin aradan qaldırılması üçün 230 milyon dollar vəsait lazımdır.
QAZİLER.AZ



