Avropanın ən qədim şəhərlərindən biri tapılıb

Avropanın ən qədim şəhərlərindən biri tapılıb backend

Arxeoloqlar indiki Şimali İrlandiya ərazisində yerləşən Hoqi-Fort qalasının (Haughey's Fort) Son Tunc dövrünə aid böyük, mütəşəkkil bir yaşayış məntəqəsinin mərkəzi olduğu qənaətinə gəliblər.

Qaziler.az xəbər verir ki, tədqiqatın nəticələri "Antiquity" elmi jurnalında dərc edilib.

Qlazqo Universiteti və Belfastdakı Kuins Universitetinin mütəxəssisləri 200-dən çox taxta yaşayış tikilisinin izlərini aşkar ediblər. Bundan əlavə, tədqiqatçılar diametri 30 metrə qədər olan dairəvi tikililər üzə çıxarıblar ki, onların da ictimai və ya inzibati bina kimi istifadə edildiyi güman olunur.

Tədqiqat müəllifləri hesab edirlər ki, bu kompleksi Qərbi Avropanın ən erkən proto-şəhər (şəhərtipli) mərkəzləri sırasına daxil etmək olar.

Qazıntılar zamanı tunc və qızıl istehsalının inkişaf etdiyinə dair dəlillər də tapılıb. Tapılan artefaktlar arasında Pireney yarımadası və Mərkəzi Avropa mənşəli əşyaların olması həmin dövrdə artıq geniş ticarət əlaqələrinin mövcudluğuna işarə edir.

QAZİLER.AZ