Almaniyanın Hemer şəhərində rus şairi və yazıçısı Aleksandr Puşkinin bürünc heykəli oğurlanıb.
Qaziler.az bildirir ki, Rusiyanın Almaniyadakı səfirliyinin mətbuat xidməti bu barədə Telegram-da məlumat verib.
"Səfirlik Hemer şəhərində (Şimali Reyn-Vestfaliya) böyük rus şairi A.S. Puşkinin heykəlinin oğurlanması ilə bağlı məlumatdan narahatdır", - diplomatik missiyanın bəyanatında deyilir.
Səfirlik qeyd edib ki, heykəltəraş Qriqori Pototski tərəfindən yaradılan Puşkinin bürünc heykəli Rusiyanın qardaş şəhəri Şçelkovodan Hemerə hədiyyə edilib.
Diplomatik missiya vurğulayıb ki, Rusiya cinayətkarların tez bir zamanda tutlacağına və Puşkin heykəlinin əvvəlki yerinə qaytarılacağına ümid edir.
QAZİLER.AZ



