Qətər əmiri Rusiya səfirinə ən yüksək dövlət mükafatlarından birini təqdim etdi

Qətər əmiri Rusiya səfirinə ən yüksək dövlət mükafatlarından birini təqdim etdi backend

Qətər əmiri Şeyx Təmim bin Həməd Al Sani Rusiyanın Dohadakı səfiri Dmitri Doqadkinə diplomatik fəaliyyətinin başa çatması münasibətilə iki ölkə arasında əməkdaşlığın möhkəmləndirilməsinə verdiyi töhfəyə görə xüsusi orden təqdim edib.

Qazler.az bildirir ki, iyulun 1-də bu barədə Rusiyanın Qətərdəki səfirliyinin mətbuat xidməti məlumat yayıb.

“Vida görüşü zamanı əmir Rusiya səfirinin ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsinə verdiyi töhfəni yüksək qiymətləndirərək ona “Əl-Vəcbə” ordenini təqdim edib”,Səfirliyin Telegram kanalında yayılan açıqlamada bildirilir:

Dmitri Doqadkin 2021-ci ildən Rusiyanın Qətərdəki səfiri vəzifəsində çalışıb. Diplomat bu yaxınlarda səfir kimi fəaliyyətini başa çatdırmağı planlaşdırdığını açıqlayıb.

O, Qətər əmiri ilə yanaşı, ölkənin xarici işlər naziri ilə də görüşüb.

QAZİLER.AZ