Meksikada keçirilən Dünya Kuboku şənlikləri zamanı üç nəfər ölüb

Meksikada keçirilən Dünya Kuboku şənlikləri zamanı üç nəfər ölüb backend

Meksikanın paytaxtı Mexiko şəhərində 2026-cı il Futbol üzrə Dünya Kuboku ilə bağlı keçirilən şənliklər zamanı üç nəfər ölüb.

Qaziler.az bildirir ki, BBC-nin xəbərinə görə, Meksika millisinin Ekvador millisini 2:0 hesabı ilə məğlub etməsindən sonra Mexiko şəhərində genişmiqyaslı bayram tədbirləri keçirilib.

Şəhər rəhbərliyinin açıqlamasına əsasən, qeyd etmələrdə iştirak etmək üçün 1 milyondan çox insan küçələrə axışıb.

Bayram tədbirləri zamanı 19 və 48 yaşlı iki qadın, həmçinin 44 yaşlı bir kişi hava çatışmazlığı nəticəsində həyatını itirib.

Mexiko şəhərinin meri Klara Bruqada yazılı açıqlamasında azarkeşləri bayram tədbirləri zamanı məsuliyyətli, diqqətli və bir-birlərinə qarşı anlayışlı davranmağa çağırıb.

QAZİLER.AZ