ABŞ və Çinin ödənişi olmasa BMT sentyabr ayının əvvəlində maliyyə böhranı ilə üzləşəcək.
BMT Baş katibinin Proqram Planlaşdırması, Maliyyə və Büdcə üzrə köməkçisi Çandramuli Ramanatan jurnalistlərə bildirib ki, BMT-nin yalnız avqustun sonuna qədər kifayət edəcək qədər vəsaiti qalıb.
Qaziler.az bildirir ki, bu barədə RİA Novosti məlumat verib.
"Avqustdan sonra heç bir vəsaitimiz qalmayacaq. Pulumuz tükənəcək. ABŞ və Çin üzvlük haqlarını vaxtında ödəməsələr, sentyabr ayında böhranla üzləşəcəyik", - Ramanatan brifinqdə bildirib.
Baş katibin köməkçisi vurğulayıb ki, Vaşinqton və Pekin təşkilatın büdcəsinə vaxtında vəsait ayırsalar belə, BMT-nin ağır maliyyə vəziyyəti davam edəcək. O bildirib ki, ili vəsaitsiz başa vurmaq riski var, yəni "azaldılmış büdcə ilə çətinliklə yaşamaq".
QAZİLER.AZ



