İyulun 1-dən etibarən beynəlxalq gəmilərin Bosfor və Dardanel boğazlarından tranzit keçid haqqı təxminən 15% artırılır.
Qaziler.az xəbər verir ki, bu barədə Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyinin qərarında qeyd olunub.
Rüsum hər ton üçün 5,83 dollardan 6,7 dollara yüksəldiləcək. Hesablama gəminin xalis tonajına uyğun olaraq aparılacaq.
Bu tarif 2027-ci il iyunun 30-u da daxil olmaqla həmin müddətədək qüvvədə qalacaq.
Nazirliyin məlumatına görə, 2024-cü ilin iyulundan 2025-ci ilin iyununa qədər olan dövrdə gəmilərin tranzit keçidindən əldə edilən gəlir 223 milyon dollar təşkil edib. İyunda başa çatan il ərzində isə bu gəlirin 254 milyon dollara qədər yüksələcəyi gözlənilir.
Qeyd olunub ki, 2025-ci ildə Bosfor və Dardanel boğazlarından 40,17 mindən çox gəmi keçib.
QAZİLER.AZ



