"Taliban" hərəkatının rəhbərliyi iyulun 1-də Pakistan ərazisinə bir sıra zərbələr endirdiyini bəyan edib.
Qaziler.az xəbər verir ki, bu barədə "EFE" agentliyi məlumat yayıb.
"Əfqanıstan Milli Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələri Bəlucistan əyalətində "İslam Dövləti" (İŞİD) və təxribatçı ünsürlərin birgə mərkəzinə hava zərbələri endirib", - taliblərin bəyanatında qeyd olunub.
İslamabad isə öz növbəsində Əfqanıstandan buraxılan dörd dronu zərərsizləşdirdiklərini bildirib.
Pakistan hərbçiləri qeyd ediblər ki, əgər sərhədyanı təxribatlar davam edərsə, onlar qarşı tərəfə baha başa gələcək güclü cavab verəcəklər.
QAZİLER.AZ



