Ağ Evin adı açıqlanmayan rəsmisi iddia edir ki, İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) arasında böhranlı vəziyyətlərin nizamlanması üçün rabitə kanalı açılıb və artıq hər iki tərəf vasitəsilə istifadə olunur.
Qaziler.az xəbər verir ki, bu barədə "Wall Street Journal" qəzeti yazır.
"Gərginliyi azaltmaq cəhdi çərçivəsində ABŞ İslam İnqilabı Keşikçiləri Korpusu ilə Amerikanın Mərkəzi Komandanlığı arasında böhranlı vəziyyətlər üçün rabitə kanalının yaradılması istiqamətində addımlar atıb. Ağ Evin rəsmisi münaqişələrin qarşısının alınması üçün nəzərdə tutulan bu kanalın açıq olduğunu və artıq hər iki tərəf tərəf vasitəsilə istifadə edildiyini bildirib", - nəşr qeyd edib.
İyunun 30-da isə İran Xarici İşlər Nazirliyinin rəsmisi İsmayıl Baqai bəyan edib ki, İsveçrədəki danışıqların yekunlarına əsasən, İranla ABŞ arasında siyasi rabitə kanalı təşkil olunub, lakin iki ölkənin hərbçiləri arasında heç bir əlaqə kanalı mövcud deyil.
QAZİLER.AZ



