ABŞ Venesuelaya 900-dən çox hərbçi göndərib

ABŞ Venesuelaya 900-dən çox hərbçi göndərib backend

ABŞ Venesuelada baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılmasına kömək etmək üçün ölkədə 900-dən çox hərbçi yerləşdirib.

Qaziler.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığının rəhbəri, general Frensis Donovana istinadən məlumat yayıb.

Qeyd olunub ki, daha 800-ə yaxın hərbçi Kürasao və Puerto-Rikoda yerləşir. Həmçinin, ABŞ Silahlı Qüvvələri mövcud vəziyyət barədə məlumat toplamaq və daha tam təsəvvür formalaşdırmaq üçün dörd-beş ədəd "MQ-9 Reaper" kəşfiyyat pilotsuz uçuş aparatını prosesə cəlb edib.

"Biz Qərb yarımkürəsindəki təhdidləri izləmək üçün istifadə edə biləcəyimiz bəzi alətlərdən yararlanırıq, lakin indi onların köməyi ilə yolların hərəkət üçün yararlı olub-olmadığını yoxlayır və zərər görmüş binaların yerini müəyyənləşdiririk", - deyə Donovan bildirib.

O vurğulayıb ki, amerikalı hərbçilər Bolivar respublikasına müstəsna olaraq zəlzələ ilə bağlı yardım göstərmək üçün köçürülüblər və uzunmüddətli missiyaya hazırlaşmırlar.

"Söhbət burada qalmaqdan getmir. Biz bu işlə yardım əməliyyatları çərçivəsində məşğul oluruq, işimiz başa çatdıqda, biz gedəcəyik". - deyə Donovan bəyan edib.

QAZİLER.AZ