Belarus Prezidenti Aleksandr Lukaşenko İndoneziyaya rəsmi səfər edib.
Qaziler.az xəbər verir ki, bu barədə prezidentin mətbuat xidmətinə yaxın olan "Pul pervogo" "Telegram" kanalı məlumat yayıb.
Belarus liderinin səfər qrafikindəki ilk tədbir İndoneziya hökumətinin üzvləri ilə görüş olub. Gündəlikdə ən mühüm müzakirə birgə investisiya layihələrinin icrası yer alır.
Kanal qeyd edib ki, bir gün əvvəl Cakartada Belarus-İndoneziya biznes forumu başa çatıb və orada 76 milyon dollar dəyərində müqavilələr imzalanıb.
Qeyd edilib ki, iyunun 29-da isə Pekində Belarus liderinin Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə danışıqları baş tutub.
QAZİLER.AZ



