Ukrayna avropalı tərəfdaşlarından hərbi yardım məqsədilə Avropa Sülh Fondundan əlavə olaraq 6,6 milyard avro ayrılmasını xahiş edib.
Qaziler.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi ölkənin hərbi qurumunun rəhbəri Mixail Fyodorovun məktubuna istinadən məlumat yayıb.
Sənədə əsasən, Ukraynanın cari ildəki ümumi müdafiə xərcləri təxminən 136 milyard avro təşkil etməlidir ki, bunun da yalnız 53 milyard avrosunu Ukrayna büdcəsi ödəyə bilir. Hərbi ehtiyaclar üçün daha 28,3 milyard avro isə Avropa İttifaqının daha əvvəl kredit şəklində ayırdığı 90 milyard avrodan yönəldiləcək. Lakin Fyodorovun sözlərinə görə, tələb olunan və mövcud olan məbləğ arasındakı fərq hələ də böyük olaraq qalır.
"Avropa Müdafiə Fondunun vəsaitləri bu il Ukraynanın müdafiə səylərinə ən mühüm Avropa töhfələrindən biri ola bilər, lakin bu, yalnız həmin resursların ən böyük və ən çevik hərbi effekt verə biləcəyi sahələrə yönəldiləcəyi təqdirdə mümkündür", - deyə ukraynalı nazir yazıb.
O iddia edir ki, hərbi büdcənin əlavə maliyyələşdirilməsi Kiyevə mümkün qədər tez lazımdır, çünki məhz indi Ukrayna Silahlı Qüvvələrinin qarşısında Rusiya qoşunlarına müqavimət göstərmək üçün "imkanlar pəncərəsi" açılıb.
QAZİLER.AZ



