Rütte NATO sammitinin əsas mövzusunu açıqladı

Rütte NATO sammitinin əsas mövzusunu açıqladı backend

NATO-ya üzv ölkələrin liderləri təşkilatın Ankarada keçiriləcək sammitində müdafiə sənayesi məhsullarının istehsal həcminin artırılması məsələsinə ilkin dərəcəli diqqət ayıracaqlar.

Qaziler.az xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Mark Rütte Türkiyənin "Anadolu" dövlət agentliyinə verdiyi müsahibəsində bildirib.

Baş katib bu mövzunu sammitin ən mühüm istiqamətlərindən biri adlandırıb.

"Ankarada keçiriləcək sammitin ilk günündə təşkil olunacaq Müdafiə Sənayesi Forumunda biz məhz bu məsələyə fokuslanacağıq", - deyə Rütte əlavə edib.

Qeyd edək ki, NATO sammiti iyulun 7-dən 8-dək Ankarada keçiriləcək.

QAZİLER.AZ