Tərkibinə ABŞ, Bəhreyn, Küveyt, Oman, Qətər, Səudiyyə Ərəbistanı və BƏƏ-nin daxil olduğu Terrorizmin Maliyyələşdirilməsi ilə Mübarizə Mərkəzi (TFTC) iyunun 30-da "Hizbullah" hərəkatı ilə əlaqəli olan "Al-Qard Al-Hassan", "Bayt al-Mal" strukturlarına, həmçinin bir sıra yüksəkrütbəli rəsmi şəxslərə qarşı koordinasiya edilmiş sanksiyalar elan edib.
Qaziler.az xəbər verir ki, bu barədə "Al Arabiya" telekanalı məlumat yayıb.
Telekanalın yazdığına görə, ABŞ Maliyyə Nazirliyinin bəyanatında bildirilir ki, sanksiyalar siyahısına 5 təşkilat və 16 fiziki şəxs daxil edilib.
Sənəddə qeyd olunur ki, sanksiya siyahısına salınan şəbəkələr "regional sabitliyə, beynəlxalq təhlükəsizliyə, qarşılıqlı maraqlara və qlobal ticarətə təhlükə yaradır".
Nazirliyin açıqlamasına görə, "Hizbullah"ın maliyyə resurslarına çıxışının məhdudlaşdırılması beynəlxalq maliyyə sistemini qorumağa, Livan əhalisinə dəstək olmağa və terror şəbəkələrinə qarşı müqavimət göstərməyə yönəlib.
QAZİLER.AZ



