Pakistanda tədris mərkəzinin tavanı uçdu – ölənlər var

Pakistanda tədris mərkəzinin tavanı uçdu –  ölənlər var backend

Pakistanın Lahor şəhərində tədris mərkəzinin tavanının uçması nəticəsində 14 uşaq həlak olub

Qaziler.az xəbər verir ki, bu barədə yerli fövqəladə hallar üzrə xidmət orqanlarına istinadən "DAWN" qəzeti məlumat yayıb.

Hadisə Kahna rayonunda baş verib. Xilasedicilər dağıntılar altından 14 azyaşlının cəsədini çıxarıblar. Xilasetmə xidmətinin nümayəndəsi qeyd edib ki, qurbanların sayı arta bilər, dağıntılar altında qalan digər uşaqların vəziyyəti isə kritik olaraq qiymətləndirilir.

Yaşayış binasında tədris mərkəzi kimi fəaliyyət göstərən tikilinin tavanı qəfil uçaraq oradakı uşaqların üzərinə tökülüb. Mövcud məlumatlara görə, hadisə baş verən an binada 30-35 uşaq olub.

Hadisə yerində axtarış-xilasetmə işləri davam edir. Zərərçəkənlərə tibbi yardım göstərilir, uçqunun səbəbləri araşdırılır.

Hadisə ilə bağlı binanın sahibi də daxil olmaqla, iki nəfər həbs olunub.