Dünya Bankı ABŞ-nin təzyiqi altında maliyyələşmənin 45%-ni iqlim dəyişikliyi ilə mübarizə layihələrinə ayırmaq ideyasından imtina edib.
Qaziler.az xəbər verir ki, bu barədə "Financial Times" qəzeti məlumat yayıb.
Qeyd olunub ki, təşkilat iqlim gündəliyi ilə bağlı planlarının müddətini uzadıb.
Bu qərar bir ay davam edən danışıqlardan sonra qəbul edilib. Avropa ölkələri maliyyələşmə ideyasını dəstəkləsə də, ABŞ buna qarşı çıxıb. Ən böyük səs payına malik olan Amerika Birləşmiş Ştatları Dünya Bankının fəaliyyətində öz maraqlarını irəli apara bilib.
Nəşrin məlumatına görə, bu cür siyasət iqlim gündəliyini mütəmadi olaraq tənqid edən prezident Donald Trampın rəhbərlik etdiyi hazırkı Amerika administrasiyasının mövqeyinə tam uyğundur. ABŞ-nin maliyyə naziri Skott Bessent bəyan edib ki, iqlim dəyişikliyi ilə mübarizəyə yönəlmiş layihələrin maliyyələşdirilməsi Dünya Bankını öz vəzifələrindən yayındırır.
QAZİLER.AZ



