Yarasa dişləməsə də, 9 yaşlı uşağı öldürdü - Kanadada

Yarasa dişləməsə də, 9 yaşlı uşağı öldürdü -  Kanadada backend

Kanadada doqquz yaşlı oğlan uşağı yatarkən üzünə yarasa qonduğu üçün quduzluqdan ölüb.

Qaziler.az "CBC News"a istinadla xəbər verir ki, uşağın dərisində heç bir dişləmə izi olmadığı üçün ailəsi hadisəyə əhəmiyyət verməyib. Lakin bir neçə həftə sonra uşaqda ölümcül infeksiyanın simptomları reallaşıb və həkimlər artıq onu xilas edə bilməyiblər.

Həkimlərin verdiyi məlumata görə, hadisə yarasanın evə daxil olması zamanı baş verib. Valideynlər heyvanı kənarlaşdırıblar, lakin hər hansı bir yara və ya cızıq aşkar etmədikləri üçün tibbi yardıma müraciət etməyiblər. Bir müddət sonra uşaqda quduzluq əlamətləri inkişaf etməyə başlayıb. İki həftəlik intensiv terapiya müalicəsinə baxmayaraq, oğlan uşağı vəfat edib.

Uşaq xəstəxanasının infeksionist həkimi Brayan Hammel bildirib ki, yarasa dişləmələri çox vaxt görünməz olur.

"Heyvanın ağız suyu zədələnmiş dəriyə və ya selikli qişaya düşə bilər. Məhz buna görə də yarasanın açıq dəri ilə, xüsusən də üz və ya baş nahiyəsi ilə hər hansı təması potensial təhlükə sayılır və dərhal həkimə müraciət etməyi tələb edir" – deyə ekspert bildirib.

QAZİLER.AZ