Qonşuluqdakı kişi ilə söhbət edən arvadını maçete ilə doğradı

Qonşuluqdakı kişi ilə söhbət edən arvadını maçete ilə doğradı backend

Malayziyada bir kişi qonşusu ilə danışdığı üçün həyat yoldaşına maçete ilə 14 zərbə vurub.

Qaziler.az xəbər verir ki, bu barədə "Weirdkaya" portalı məlumat yayıb.

Hadisə səhər saatlarında Sabah ştatının Kota Marudu rayonunda baş verib. Polisin verdiyi məlumata görə, 49 yaşlı İndoneziya vətəndaşı evlərinin yanında bir kişi ilə söhbət edən həyat yoldaşına qısqanclıq nümayiş etdirib.

İstintaq zamanı müəyyən edilib ki, kişi arvadından söhbəti dayandırmağı tələb edib, lakin qadın ərinin dediklərinə məhələ qoymayıb. Bu zaman əri maçete ilə ona 14 zərbə endirib. Bir müddət sonra qadının bacısı qızı zərərçəkmişi qanlar içində tapıb.

Qadın təcili olaraq xəstəxanaya çatdırılıb. Həkimlər onun vəziyyətini ağır, lakin stabil olaraq qiymətləndiriblər. Hücumdan sonra şübhəli şəxs hadisə yerindən qaçıb. Polis onun axtarışı üzrə əməliyyata başlayıb.

Cütlüyün 19 il evli olduğu və 6 uşaq böyütdüyü məlum olub.

QAZİLER.AZ