"Yandex" şirkətinin xidmətlərinin işində kütləvi nasazlıq yaranıb.
Qaziler.az xəbər verir ki, bu barədə "Detector 404" portalı məlumat yayıb.
Sözügedən platforma ümumilikdə 3,5 mindən çox şikayət qeydə alıb. İstifadəçilərin sözlərinə görə, "Musiqi", "Kinopoisk", "Yeda", "Lavka", "Disk" və "Alisa" ilə ağıllı ev sisteminə daxil olmaqda çətinliklər yaranıb.
"Yandex" şirkətindən "RIA Novosti"yə verilən məlumata görə, bəzi xidmətlərə girişdə müvəqqəti çətinliklər yaşanır.
“Mütəxəssislərimiz yaranmış çətinliklərin aradan qaldırılması istiqamətində iş aparırlar", - şirkətin rəsmi açıqlamasında qeyd olunub.
QAZİLER.AZ



