İsrail Samir Kantarın ölümünə görə cavab verəcək. Axar.az xəbər verir ki, bunu Livan televiziyalarından birinə açıqlamasında Hizbullah lideri Həsən Nəsrullah deyib. Qeyd edək ki, bir müddət öncə Hizbullah komandirlərindən biri Samir Kantar Dəməşq yaxınlığında qətlə yetirilib. Onun ölümünə səbəb İsrail Hərbi Hava Qüvvələrinin endirdiyi aviazərbələr olub.
Samir Kantar Hizbullahın indiyə qədər ən məşhur komandirlərindən hesab edilir. O, 1979-cu ildə özünün üç livanlı dostu ilə birgə İsrailin nəzarəti altında olan Naqariya şəhərindəki məhəllələrdən birinə hücum etməsi ilə şöhrət qazanıb. Hücum nəticəsində iki polis, iki azyaşlı körpə həlak olub. İsrail məhkəmələri sonradan Samirə beş il həbs cəzası versələr də, o 30 il həbsxanada qalmalı olub. 2008-ci ildə iki İsrail hərbçisinin cəsədinə qarşılıq Kantar azad edilib. Bundan sonra isə Samir Kantar Hizbullah sıralarına qoşulub. 2015-ci ilin sentyabrında ABŞ Dövlət Departamenti Kantarı beynəlxalq terrorçu elan edib.