Birləşmiş Millətlər Təşkilatı (BMT) ciddi maliyyə çatışmazlığı yaşayır.
Qaziler.az "RİA Novosti"yə istinadən xəbər verir ki, BMT Baş katibinin nümayəndəsi Stefan Dujarrik vəsait çatışmazlığından şikayətlənib.
"Zəif pul axını dövrüdür", - o, mətbuat konfransında BMT-dəki vəziyyəti təsvir edərkən dedi.
Onun sözlərinə görə, üzv dövlətlərin üçdə ikisindən azı müntəzəm olaraq ianələr edir.
Dujarrik həmçinin Əlcəzairə son 2,7 milyon dollarlıq ianəyə görə təşəkkür etdi. O qeyd etdi ki, təşkilat yalnız 117 iştirakçıdan vəsait toplaya bilib.
QAZİLER.AZ



