Alyaska şəhərinin keçmiş meri və "ilin valideyni" seçilmiş şəxs uşaq istismarında ittiham olunub.
Xarici media yazır ki, 48 yaşlı Ulrik Ulroan birinci dərəcəli təcavüz, yetkinlik yaşına çatmayan şəxsə qarşı cinsi təcavüz və 21 yaşdan kiçik şəxslərə spirtli içki vermə də daxil olmaqla 47 cinayətdə ittiham edilir.
İstintaq 2026-cı ilin yanvar ayında 17 yaşlı qıza qarşı zorakılıq iddiası ilə bağlı məlumatdan sonra başlayıb. İstintaq zamanı yeni iddialar ortaya çıxıb və müstəntiqlər cinayətlərin 2009-2025-ci illər arasında bir neçə Alyaska şəhərində baş verə biləcəyini düşünürlər.
Məlumata görə, Ulrik Ulroan Çevak şəhərinin meri vəzifəsində çalışıb, məktəb müəllimi işləyib, qızların orta məktəb basketbol komandasına məşqçilik edib, sertifikatlı qəyyum valideyn olub və regional aviaşirkətin pilotu olub. 2019-cu ildə o və həyat yoldaşı Alyaska Yerliləri Federasiyasının "İlin Valideynləri" mükafatını alıblar.



