Makron "göz problemi"nə görə Oman sultanı ilə görüşə günəş eynəyində gəlib.
Qaziler.az bildirir ki, AFP bu barədə Fransa liderinin yaxın ətrafına istinadən məlumat yayıb.
Fransa prezidenti Emmanuel Makron Oman sultanı Heytəm bin Tariqin Parisə səfəri zamanı "göz problemi" səbəbindən tünd eynək taxmaq məcburiyyətində qalıb.
Deyilənə görə, siyasətçi hətta qapalı məkanlarda belə eynək taxıb.
Makron onları çıxarmaqdan qəti şəkildə imtina edib.
Fransanın dövlət başçısının bu cür davranışı ilk hal deyil.
Fransa lideri əvvəllər Davosda keçirilən Dünya İqtisadi Forumunda günəş eynəyi taxmışdı. Onun bu tərzi ABŞ prezidenti Donald Tramp da daxil olmaqla bir çox tanınmış siyasi xadim tərəfindən açıq şəkildə lağa qoyulmuşdu.
QAZİLER.AZ



