Çin Xalq Respublikasının Sədri Si Cinpin Çin və Belarusun "dəmir dostlar" olduğunu, bu münasibətlərin beynəlxalq gərginliyin hər cür sınağına tab gətirdiyini və daha da möhkəmləndiyini bəyan edib.
Qaziler.az bu barədə xarici “Belta” agentliyinə istinadla xəbər verir.
"Çin və Belarus dəmir dostlardır. Münasibətlərimiz beynəlxalq turbulentliyin hər cür sınağından uğurla keçib və dostluğumuz getdikcə daha da möhkəmlənir. Sizinlə əməkdaşlığımız çoxşaxəli xarakter daşıyır, zamanla ayaqlaşır və daim yeni nəticələr verir", - deyə Çin lideri Pekinə işgüzar səfərə gələn Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşündə bildirib.
Si Cinpin vurğulayıb ki, Belarus-Çin münasibətləri tarixi zirvə dövrünü yaşayır, beynəlxalq məsələlərdə də tərəflər daim sıx təmasdadırlar. O, Minsk və Pekinin hər cür hava şəraitinə davamlı və hərtərəfli strateji tərəfdaşlıq inkişaf etdirdiyinə diqqət çəkib.
"Sizi, əziz dostum, yenidən qəbul etmək mənim üçün çox xoşdur. Sizi görməyə çox şadam. Biz tez-tez görüşür, ünsiyyət qurur və ən müxtəlif məsələlər ətrafında vaxtında ən genişmiqyaslı dialoq aparırıq", - deyə Si Cinpin Lukaşenkoya müraciətində qeyd edib.
QAZİLER.AZ



