Ukrayna Milli Antikorrupsiya Bürosu (NABU) Prezident Volodimir Zelenskinin "Xalqın xidmətçisi" partiyasından olan Ali Radanın deputatı Sergey Kuzminıxı saxlayıb.
Qaziler.az xəbər verir ki, bu barədə "RBC-Ukraina" nəşri öz mənbələrinə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, NABU saxlanılan deputatın adını rəsmən açıqlamasa da, mənbələr söhbətin məhz Sergey Kuzminıxdan getdiyini dəqiqləşdiriblər.
Qeyd olunur ki, Kuzminıx 558 min qrivna məbləğində rüşvət işi üzrə məhkəmə iclaslarına mütəmadi olaraq gəlmədiyi üçün saxlanılıb.
QAZİLER.AZ



