Nijni Novqorodun Priokski rayonunda bir kişinin geyimləri alışaraq yanıb.
Qaziler.az xəbər verir ki, bu barədə region üzrə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Hadisə Lebedev küçəsindəki həyətlərdən birində baş verib. Yanğınsöndürənlər gələnə qədər ətrafdakı şahidlər alovu söndürməyə nail olublar.
Hadisə yerinə gələn FHN əməkdaşları ağır yanıq xəsarətləri almış zərərçəkəni aşkar ediblər. O, Yanıq Mərkəzinə çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.
QAZİLER.AZ



