İran və Qətər bu əmirlikdə dondurulmuş 12 milyard dollarlıq ümumi İran aktivlərindən 6 milyard dollarının blokdan çıxarılması barədə razılığa gəliblər.
Qaziler.az xəbər verir ki, bu barədə İslam Respublikasının Prezidenti Məsud Pezeşkian açıqlama verib.
Prezidentin mətbuat xidmətinin məlumatına görə, o, Tehranın bununla kifayətlənməyəcəyini vurğulayıb.
"Qətərdə olan ümumi 12 milyard dollarlıq İran vəsaitinin 6 milyard dolları blokdan çıxarılacaq və ölkəyə qaytarılacaq. Həmçinin bu vəsaitlərin qalan hissəsinin də qaytarılması üçün zəruri işlər davam etdirilir", - deyə Pezeşkian qeyd edib.
QAZİLER.AZ



