Xameneinin dəfni ilə bağlı qeyri-adi QƏRAR: Cənazəsi helikopterlə nümayiş etdiriləcək

Xameneinin dəfni ilə bağlı qeyri-adi QƏRAR:  Cənazəsi helikopterlə nümayiş etdiriləcək backend

İranın mərhum Ali rəhbəri Əli Xameneinin Məşhəddə baş tutacaq dəfn mərasiminin son mərhələsi hava yolu ilə həyata keçiriləcək.

Qaziler.az xəbər verir ki, bu barədə iyunun 28-də Xorasan-e Rəzəvi əyalətinin başçısı Qulamhüseyn Müzəffəri bildirib.

Onun sözlərinə görə, bu qərar Təhlükəsizlik Şurasının təklifi əsasında qəbul olunub və əsas məqsəd mərasim iştirakçılarının təhlükəsizliyini təmin etməkdir.

O qeyd edib ki, hava yolu ilə keçiriləcək mərasim izdihamın sıxlığını azaltmağa, təhlükəsizlik tədbirlərini gücləndirməyə və dəfn mərasiminin daha effektiv şəkildə idarə olunmasına imkan verəcək.

Vali hava yolu ilə təşkil olunacaq mərasimin texniki detalları barədə əlavə məlumat verməyib. Mərasimin bu hissəsində Xameneinin cənazəsi helikopter vasitəsilə insanların üzərindən keçirilərək nümayiş etdirilə bilər.

QAZİLER.AZ