ABŞ-nin Kentukki ştatında qəfil daşqınlar səbəbindən fövqəladə vəziyyət rejimi tətbiq olunub.
Qaziler.az xəbər verir ki, bu barədə "NBC News" məlumat yayıb.
Çayların daşması və güclü yağışlar nəticəsində suyun səviyyəsi 20 santimetrdən çox qalxıb.
Xilasedicilər 60-dan çox insanı təhlükəsiz yerlərə təxliyə ediblər. Dörd nəfərin öldüyü təsdiqlənib. Bir neçə nəfərin yaşayış binalarının zirzəmilərindən çıxa bilmədiyi qeyd olunur.
QAZİLER.AZ



