İsrail "Hizbullah"ın komanda mərkəzlərinə zərbə endirib

İsrail "Hizbullah"ın komanda mərkəzlərinə zərbə endirib backend

İsrail Müdafiə Ordusu (SAXAL) atəşkəs razılaşmasının pozulmasına cavab olaraq Livanın cənubunda şiə təşkilatı "Hizbullah"a məxsus üç komanda mərkəzinə zərbələr endirib.

Qaziler.az xəbər verir ki, bu barədə SAXAL-ın mətbuat xidmətinin "Telegram" kanalında dərc olunmuş bəyanatında deyilir.

Qeyd olunur ki, sözügedən məntəqələr Nəbatiyə və Məyfadun rayonlarında yerləşib.

“Bundan əlavə, İsrail hərbçiləri "Hizbullah" tərəfindən onlara atəş açmaq üçün istifadə edilən raket qurğusunu vurublar", - məlumatda qeyd olunub.

Qeyd edək ki, iyunun 27-də İsrailin müdafiə naziri İsrael Kats İsrail ordusunun Livanın cənubundakı təhlükəsizlik zonasında uzunmüddətli qalmağa hazırlaşdığını bəyan etmişdi.

QAZİLER.AZ