İndoneziyanın Yava adasındakı Şərqi Yava əyalətində Semeru vulkanı ən azı beş dəfə püskürüb.
Qaziler.az xəbər verir ki, bu barədə Ölkənin Vulkanologiya və Geoloji Təhlükələrin Azaldılması Mərkəzi məlumat yayıb.
Kül sütunu dəniz səviyyəsindən 4 676 metr yüksəklikdə yerləşən vulkan zirvəsindən daha bir kilometr hündürlüyə qalxıb.
Püskürmələr şərq və şimal-şərq istiqamətlərində yayılan sıx ağ və boz rəngli kül tullantıları ilə müşayiət olunub. Vulkanın aktivliyinin artması ilə əlaqədar yerli sakinlərə və turistlərə qızmar qayaların düşmə təhlükəsindən qorunmaq üçün kraterdən ən azı 5 km məsafədə dayanmaq tövsiyə edilib. Ekspertlər, həmçinin ətraf rayonlardakı çaylar boyu lava axınları, qaynar buludların yaranması və sel təhlükəsi barədə xəbərdarlıq ediblər.
QAZİLER.AZ



