Avropa qarşıdan gələn istilik mövsümünə yeraltı qaz anbarlarında ən azı son 15 ilin ən aşağı qaz ehtiyatı həcmi ilə daxil olmaq riski daşıyır.
Qaziler.az xəbər verir ki, bu barədə "Financial Times" qəzeti "Wood Mackenzie" konsaltinq şirkətinin proqnozuna istinadən xəbər verir. Qeyd olunub ki, bu vəziyyət qışda biznes və əhali üçün qiymətlərin kəskin artım riskini yaradır.
Qeyd olunur ki, apreldən oktyabra qədər davam edən qazvurma mövsümünün sonuna qədər Avropanın yeraltı qaz anbarlarının doluluq səviyyəsi cəmi 76% təşkil edəcək. "Gas Infrastructure Europe" təşkilatının məlumatları göstərir ki, bu, 2011-ci ildən bəri qaz ehtiyatlarının ən aşağı göstəricisi ola bilər. Qıtlığın əsas səbəbləri ABŞ və İran arasındakı münaqişə nəticəsində Hörmüz boğazı vasitəsilə mayeləşdirilmiş təbii qazın nəqlinin dayandırılması, həmçinin Qətər və Birləşmiş Ərəb Əmirliklərində hasilatın azalmasıdır.
Bundan əlavə, Avropa İttifaqının yanvarın 1-dən etibarən Rusiya mayeləşdirilmiş təbii qazına tam qadağa qoymaq planları vəziyyəti daha da ağırlaşdırır. Hazırda Rusiya qazının payı Avropaya gətirilən ümumi mayeləşdirilmiş qaz idxalının təxminən 14%-ni təşkil edir.
QAZİLER.AZ



