İsrail Ordusu "Hizbullah" döyüşçülərini məhv etdiyini açıqlayıb

İsrail Ordusu "Hizbullah" döyüşçülərini məhv etdiyini açıqlayıb backend

İsrail hərbçiləri Livanın cənubundakı iki ayrı hadisədə radikal "Hizbullah" hərəkatının altı silahlısını aşkarlayıblar və onlara atəş açıblar.

Qaziler.az xəbər verir ki, bu barədə İsrailin Müdafiə Ordusunun Mətbuat xidməti xəbər verib.

İsrail hərbçilərinin məlumatına görə, ordu Zautar əl-Şarqiya kəndi yaxınlığında təhlükəsizlik zonasında əsgərlər üçün təhlükə yaradan kimi qiymətləndirdiyi beş "Hizbullah" döyüşçüsü aşkarlayıb.

Bundan əlavə, İsrail hərbçiləri Əli əl-Tahir silsiləsi yaxınlığında "Hizbullah"ın bir silahlısını aşkarlayıb.

İsrail Ordusu hədəfləri aşkar etdikdən sonra Hərbi Hava Qüvvələri və quru bölmələrinin onlara atəş açdığını və təhdidi aradan qaldırdığını bildirib.

Mətbuat xidməti həmçinin vurğulayıb ki, İsrail qoşunları Əli əl-Tahir silsiləsi ərazisində fəaliyyətini davam etdirir və "Hizbullah" döyüşçülərinin yeraltı tunel şəbəkəsindən çıxmasına və ya ərazidə fəaliyyət göstərməsinə imkan verməyəcək.

Report.az