Yerli vaxtla saat 21:10 radələrində Rusiya ordusu tərəfindən Ukraynanın paytaxtı Kiyevə ballistik raket hücumu olub.
Qaziler.az xəbər verir ki, bu barədə Ukraynanın “Strana.ua” nəşri məlumat yayıb. Qeyd olunub ki, Kiyevdə elan olunmuş hava həyəcanı fonunda partlayışlar baş verib.
Ukrayna paytaxtının meri Vitali Kliçko özünün “Telegram” kanalında bəyan edib ki, şəhərdə hava hücumundan müdafiə (HHM) vasitələri işləyir.
Ukrayna Rəqəmsal İnkişaf Nazirliyinin onlayn xəritəsinin məlumatına görə, hazırda Kiyevdə və Ukraynanın əksər vilayətlərində hava həyəcanı siqnalı qüvvədədir.



