Venesuelada baş verən zəlzələ nəticəsində həyatını itirənlərin sayı 200-ə yaxınlaşır, 1 000-dən çox insan isə xəsarət alıb.
Qaziler.az TASS-a istinadla xəbər verir ki, bu barədə ölkənin "Biz bacararıq" ("Podemos") partiyasının vitse-prezidenti Vilyan Rodriqes məlumat verib.
"Həlak olanların dəqiq sayı barədə danışmaq hələ tezdir, lakin bu rəqəm artıq 200-ə yaxınlaşır, yaralıların sayı isə 1 000 nəfəri ötüb", - deyə siyasətçi bildirib.
İyunun 25-nə keçən gecə Venesuelada 39 saniyəlik fərqlə 7,2 və 7,5 maqnitudalı iki güclü zəlzələ baş verib. Karakasda yaşayış binaları uçub və ciddi ziyan dəyib. Bəzi şəhərlər susuz və işıqsız qalıb.



