Dağıstan hakimiyyəti bir nəfərə benzin satışını 20 litrlə məhdudlaşdırıb.
Qaziler.az xəbər verir ki, bu barədə respublikanın Energetika və Tariflər Nazirliyi özünün "Telegram" kanalında məlumat yayıb.
Qeyd olunub ki, bu tədbir süni yanacaq qıtlığının qarşısını almaq məqsədilə tətbiq edilib.
Nazirliyin açıqlamasında bildirilir ki, müvəqqəti yanacaq məhdudiyyətləri (hər alış üçün 20 litrdən çox benzin və 50 litr dizeldən çox olmamaq şərti ilə) yalnız mövcud təchizatın bütün istehlakçılar arasında bərabər paylanmasını təmin etmək üçün tətbiq edilib.
Vurğulanır ki, qüvvədə olan məhdudiyyətlər təcili xidmətlər və kənd təsərrüfatı istehsalçıları da daxil olmaqla, bütün vətəndaş kateqoriyaları üçün yanacağın əlçatanlığını təmin edir. Bununla əlaqədar olaraq, nazirlik kanistrlərdən istifadə etməklə benzin almaq cəhdlərindən çəkinməyə çağırıb, çünki bu, ajiotaj yarada və vəziyyəti daha da pisləşdirə bilər.
QAZİLER.AZ



