Polşanın aparıcı müxalif "Hüquq və Ədalət" (PiS) partiyasının lideri və ölkənin keçmiş baş naziri Yaroslav Kaçinski ikinci dərəcəli "Müdrik Yaroslav" ordenini Ukraynaya geri qaytaracaq.
Qaziler.az xəbər verir ki, bu barədə "RMF24" radiosu məlumat yayıb.
"Mən də ordeni qaytaracağam, çünki kifayət qədər yüksək mükafatım var. Knyaz Müdrik Yaroslav ordeni ən ali mükafatdır, lakin birinci dərəcəli deyil, çünki mən prezident deyiləm. Məndə ikinci dərəcəli orden var. Bu, mənim ukraynalılardan daha çox Ukrayna elitasına olan münasibətimin ifadəsi olacaq. Digər tərəfdən, bu, prezidentimizə loyallıq aktıdır, bu gün belə aktlara ehtiyac var", - deyə o qeyd edib.
Kaçinski vurğulayıb ki, Ukrayna hazırda Polşa ilə gərginliyi sürətlə kəskinləşdirir. Siyasətçinin fikrincə, buna görə də Varşava Ukraynanın Aİ-yə üzvlük yolunda növbəti danışıqlar klasterlərinin açılmasını əngəlləməlidir.
QAZİLER.AZ



