Böyük Britaniya Ukraynaya 380 milyon dollar yardım ayırdı

Böyük Britaniya Ukraynaya 380 milyon dollar yardım ayırdı backend

Böyük Britaniya hökuməti Ukraynanın bərpası üçün əlavə olaraq 290 milyon funt-sterlinq (380 milyon dollar) vəsait ayırıb.

Qaziler.az xəbər verir ki, bu barədə Birləşmiş Krallığın xarici işlər naziri İvett Kuper məlumat verib.

Yeni yardım paketinə Ukraynanın dövlət şirkəti “Enerqoatom”a nüvə yanacağının tədarükü ilə bağlı Britaniyanın “Urenco” şirkəti ilə imzalanmış 210 milyon funt-sterlinqlik saziş daxildir.

Bundan əlavə, Britaniya tərəfi Avropa Yenidənqurma və İnkişaf Bankı ilə birgə Ukraynanın bərpa olunan enerji və bank sektorundakı layihələrə 65 milyon funt-sterlinqədər vəsait ayıracaq.

Böyük Britaniya XİN-in bəyanatında qeyd olunub ki, bu investisiyalar çərçivəsində iki külək elektrik stansiyasının tikintisi və “Lvov” bankı vasitəsilə biznesə dəstək göstərilməsi planlaşdırılır”.

QAZİLER.AZ